Xəbərlər

Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib

2021-02-10

 Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.Pandemiya şəraiti ilə əlaqədar vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, onların videoformatda qəbulu genişləndirilərək nazirliyin və struktur qurumlarının rəhbərliyi tərəfindən mütəmadi videoqəbullar həyata keçirilir.Fevralın 10-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoformatda qəbulu keçirilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.Nazir həmçinin, qəbulda iştirak edən şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Vətəndaşlar şəhid ailələrinin və qazilərin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq onların müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.