ƏDLİYYƏ AKADEMİYASI VƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25 fevral tarixində Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda videkonfrans formatında tədbir keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad ediliblər. Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.

2021-03-01

Xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

2021-02-13

 Ədliyyə Nazirliyinin kadr korpusunun yenilənməsi tədbirləri çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında işləmək arzusunda olan hüquqşünaslarla elan olunmuş müsabiqə üzrə fevralın 13-də növbəti test imtahanı keçirilib.İmtahanda iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Müsabiqəyə bütün regionlardan qatılan namizədlərin hər üç nəfərdən biri qadın, təxminən yarısı isə gənclər olmaqla əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir.Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə fərdi qaydada, müasir texnologiyalar tətbiq edilməklə iki qrupda keçirilmiş imtahanı vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri izləyiblər."Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.241 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və daha artıq bal toplayan 126 nəfər müvəffəqiyyət qazanıb. Siyahı, həmçinin nazirliyin (www.justice.gov.az) və DİM-nin ( www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.Eyni zamanda qeyd olunur ki, namizədlərin söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ənənəvi hazırlıq kursları təşkil ediləcəkdir.Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.