ƏDLİYYƏ AKADEMİYASI VƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25 fevral tarixində Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda videkonfrans formatında tədbir keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad ediliblər. Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.

2021-03-01

Xəbərlər

Ədliyyə işçilərindən və hakimlərdən Qarabağ Dirçəliş Fonduna dəstək

2021-02-17

  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olundu. Artıq müharibə arxada qalıb və ölkəmiz böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub.Otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş və büsbütün dağıdılmış ərazilərimizin yenidən həyata qaytarılması istiqamətində dövlət başçısının rəhbərliyi ilə nəhəng bərpa-quruculuq işləri aparılır, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hərtərəfli tərəqqisi naminə gerçəkləşdirilən mühüm layihələr çərçivəsində azad edilmiş ərazilərdə dini abidə və məscidlərimizin bərpa olunmasına xüsusi önəm verilir.Cənab Prezidentin və birinci xanımın azad olunan ərazilərimizə müntəzəm səfərləri doğma torpaqlarımızın dirçəldilməsinin və xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təminatına və insanların böyük ruh yüksəkliyinə səbəb olub.Eyni zamanda dövlət başçısının 04.01.2021-ci il tarixli Fərmanı ilə azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı tədbirlərə dəstək məqsədilə yaradılmış "Qarabağ Dirçəliş Fondu" həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsinə xidmət edir.Ədliyyə işçiləri və hakimlər mütəmadi olaraq Silahlı Qüvvələrə Yardım Fonduna, habelə "YAŞAT" Fonduna əmək haqlarından ianələr etməklə dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayişi kimi mənəvi borc hesab edirlər. Bu mənada işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişi naminə həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədilə ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqlarından 500 min manatın Qarabağ Dirçəliş Fonduna köçürülməsi qərarına gəliblər.Xalqımız, o cümlədən ədliyyə və məhkəmə işçiləri qəti əmindirlər ki, doğma torpaqlarımız ölkə Prezidentinin müdrik rəhbərliyi ilə yenidən dirçələcək və orada tezliklə həyat qaynayacaqdır.