Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

2021-03-01

25 fevral tarixində Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda videkonfrans formatında tədbir keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad ediliblər. Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.

Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov "Xocalı soyqırımı iştirakçılarının cəzalandırılması məsələləri" mövzusunda çıxış edib. Öz çıxışında, o, dünya praktikasında müharibə cinayətlərini törədənlərin cəzalandırılması ilə bağlı bir neçə müxtəlif yanaşmanın olmasından bəhs edib. Bu sahədə hüquqşünas alimlərin qarşısında mühüm vəzifələrin durduğunu vurğulayan E.Xələfov, Ədliyyə Akademiyasının Bakı Dövlət Universiteti, həmçinin digər təhsil müəssisələri, dövlət orqanları və beynəlxalq təşkilatlarla birgə müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini bildirib.

Daha sosonra Akademiyanın Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi Səyyad Məcidovun "Ermənistanın beynəlxalq cinayətlərə görə mühakimə məsələləri" mövzusunda məruzəsi dinlənilib. Xocalı soyqırımına görə universal yurisdiksiya prinsipinin tətbiqinin mümkünlüyünü vurğulayan S.Məcidov, xüsusi beynəlxalq məhkəmə mexanizmlərinin (məsələn, “ad hoc” hərbi tribunallarının) və hibrid yurisdiksiyalı məhkəmələrin yaradılmasının zərərçəkən tərəf olaraq Azərbaycanın hüququ olduğunu qeyd edib.

Tədbirdə, həmçinin BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Xocalı soyqırım cinayətində siyasi elitanın rolu”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Xocalı soyqırımı və cinayət təqibində beynəlxalq-hüquqi mexanizmlərin effektivliyi”, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev “Xocalı soyqırımının siyasi aspektləri”, BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Samirə Eyvazova “Yaşamaq hüququ, genosid və Xocalı soyqırımı”, İnsan hüquqları üzrə UNESCO kafedrasının müəllimi Aytac Qibləliyeva “Xocalı soyqırımının beynəlxalq hüquqa əsaslanan tövsifi”, Hüquq fakültəsinin magistrantı Erkin Musayev “