Xəbərlər

Müsabiqədə iştirak edən notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

2021-02-25

 Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür.Bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar keçən ilin sentyabr ayında elan edilmiş müsabiqədə iştirak etməyə dəvət olunmuşlar. Hazırda COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar müsabiqə üzrə test imtahanının cari ilin aprel ayının əvvəlində keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar ərizələrin qəbulunun mart ayının 5-də başa çatdırılması qərara alınmışdır."Notariat haqqında" Qanuna əsasən namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaqdır.Qeyd edilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil ediləcəkdir.Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcəkdir.Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.