Xəbərlər

ƏDLİYYƏ NAZİRİ TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN VİDEO QƏBULU KEÇİRİLİB

2021-04-15

 Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların, xüsusilə şəhid ailələrinin və hərbçilərin müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, pandemiya şəraiti ilə əlaqədar müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir. Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib. Videoqəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin, habelə hərbçilərin müraciətlərinin nəzarətə götürülərək araşdırılması və həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, qəbulun videoformatda təşkilini məmnunluqla qarşılayıblar.