AVROPA İTTİFAQI-AZƏRBAYCAN ƏDLİYYƏ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK, İNSAN HÜQUQLARI VƏ DEMOKRATİYA MƏSƏLƏLƏRİ ÜZRƏ ALT KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

 

2021-04-28

Bakı, 27 aprel, AZƏRTACAprelin 26-27-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC -a bildiriblər ki, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

 

PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ APARILAN MÜTƏRƏQQİ İSLAHATLAR MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİ RƏQƏMSAL ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİR

 

2021-04-28

 Bakı, 28 aprel, AZƏRTACBu günlərdə hüquq sisteminin rəqəmsal texnologiyalar əsasında inkişafına, bu sahədə müasir çağırışlara həsr olunmuş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu keçirilib. Forumun mövzusunun aktual və əhəmiyyətli olduğunu nəzərə alaraq AZƏRTAC tədbirdə Azərbaycanı təmsil etmiş ədliyyə naziri Fikrət Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik. – Hörmətli Fikrət müəllim, məlumat verdiyimiz kimi, bu yaxınlarda keçirilmiş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusuna həsr olunub.

 

Xəbərlər

AVROPA İTTİFAQI-AZƏRBAYCAN ƏDLİYYƏ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK, İNSAN HÜQUQLARI VƏ DEMOKRATİYA MƏSƏLƏLƏRİ ÜZRƏ ALT KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

2021-04-28

 Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 26-27-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC -a bildiriblər ki, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər. İclasın birinci günü tərəflər arasında insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar, insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Növbəti gün isə ədliyyə, azadlıq və təhlükəsizlik sahələrində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycanın 15 dövlət qurumundan, habelə İnsan hüquqları üzrə müvəkkilin Ofisinin, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun, Məşğulluq və Sosial Məsələlər Baş Direktorluğunun, eləcə də Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.