Xəbərlər

Ədliyyə Naziri Tərəfindən Vətəndaşların Videoqəbulu Keçirilib

2021-08-31

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və hərbçilərin qayğılarına həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, onlarına müraciətlərinə pandemiya şəraiti ilə əlaqədar elektron qaydada baxılması təmin edilir, videoqəbulların keçirilməsi davam etdirilir. Avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib. Regional ədliyyə idarələri vasitəsilə videoqəbula qoşulan vətəndaşların, o cümlədən müharibə iştirakçılarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar müraciətlərinin dinlənilməsi üçün videoqəbulun təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıq və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.