Xəbərlər

“Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi” İşçi Qrupunun İclası Barədə Məlumat

2021-12-06

      Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir. İşçi qrupunun növbəti iclasının 14.12.2021-ci il tarixində saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur. İclasda İşçi qrupunun əvvəlki iclasının Protokollarında qərara alınmış tədbirlərin və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. İclasda iştirak etmək istəyən maraqlı şəxslər Komissiyanın interneti saytının (“Azranking.az”) “Rəqəmsal təqvim” bölməsində “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası yerləşdirilmiş iclasın gündəliyi ilə tanış ola bilər və “Təklif göndər” onlayn xidməti vasitəsilə təkliflər (və ya layihələr) verə bilər. Təklifi (və ya layihəni) təqdim etmiş şəxs müvafiq qaydada İşçi qrupunun iclasında iştirak üçün dəvət edilə bilər.