Xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqənin nəticələri üzrə namizədlər icbari təlimə buraxılmışlar

2022-04-02

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqənin nəticələri üzrə namizədlər icbari təlimə buraxılmışlar

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur. Nazirliyin bölgələrdə yerləşən icra və probasiya, həmçinin qeydiyyat qurumları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) üzrə test imtahanından uğur qazanmış namizədlərlə müsabiqənin ikinci mərhələsində cari ilin yanvar-mart aylarında fərdi qaydada qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində söhbət aparılmışdır. Bu mərhələdə iştirak etmiş 35 namizəddən 17 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 6-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir. İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar. İcbari təlimdə iştirakla bağlı namizədlər Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:

1.

Abbasəliyev Fikrət Namiq oğlu

2.

Abbasov Arif Şəfaət oğlu

3.

Babayeva Cəmilə Kamran qızı

4.

Babazadə Günel Mehman qızı

5.

Əhmədova Nuranə Əfqan qızı

6.

Əliyev Turabi Səyyaf oğlu

7.

Əsədov Vüqar Varis oğlu

8.

Hacıyev Hacalı Cəfər oğlu

9.

Hacıyev Nurəddin Əsəd oğlu

10.

Həsənova Aysel Fuad qızı

11.

Hüseynli Məhəmmədəli Sahib oğlu

12.

Hüseynov Hüseyn Mehman oğlu

13.

İsmayılova Rəbiyə Cavanşir qızı

14.

Məcidli Mehdi Murad oğlu

15.

Mirzəyev Natiq Arif oğlu

16.

Yusifov Rəşadət Şamil oğlu

17.

Zeynalov Cabir İbrahim oğlu

Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda müsabiqədə iştirakla bağlı ərizə qəbulu davam edir və nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir. Aidiyyəti məsələlərlə əlaqədar Nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).