Xəbərlər

Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasinin Məlumati

2022-05-18

 

 

Ədliyyə Akademiyası aşağıda adları qeyd olunan baş müəllim və  müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir:

 

    №

Kafedranın adı

Vəzifənin adı

(ştat vahidi ilə)

1.     

Konstitusiya və inzibati hüquq kafedrası

baş müəllim – 1 ştat

2.     

Konstitusiya və inzibati hüquq kafedrası

müəllim – 0,5 ştat

3.     

Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası

müəllim -1 ştat

4.     

Mülki hüquq və mülki proses kafedrası

müəllim -2 ştat

5.     

Ədliyyə sahəsində idarəetmə kafedrası

baş müəllim – 1 ştat

6.     

Ədliyyə sahəsində idarəetmə kafedrası

müəllim – 1 ştat

 

Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər bu elan qəzetdə dərc olunan gündən bir ay müddətində qəbul edilir.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

1.Rektorun adına ərizə;

2.Kadrlar uçotunun şəxsi vərəqəsi;

3.Tərcümeyi-hal;

4.Ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

5.Elmi ad və dərəcə haqqında sənədlərin surəti;

6.Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;

7.Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

8.Əmək kitabçasının  notariat qaydasında təsdiq olunmuş surəti;

9.Sağlamlıq və ailə tərkibi haqqında arayış;

10.4*6 sm ölçüdə 4 ədəd, 3*4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

11. İş yerindən xasiyyətnamə.

 

Müsabiqədə iştirak etmək istəyənlər həmin sənədləri mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər:

 

Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi,158

Telefon: (99412) 4980983 Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi,158