Xəbərlər

ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI NÖVBƏTİ MÜSABİQƏDƏ İŞTİRAK EDƏN NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

2014-04-30

Məlumat verildiyi kimi, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə cari ilin fevral ayının 15-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də  538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə cari ilin may ayının 5-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında müvafiq hazırlıq kursunun təşkilinə başlayır.

Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) qəbul olunur.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.