Xəbərlər

“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası barədə məlumat

2022-06-20

“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun növbəti iclasının 22.06.2022-ci il tarixində saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur.

İclasda Elektron hərracın keçirilməsi qaydaları ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin müzakirəsi aparılacaq.

Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mərkəzi Bankın nümayəndələrinin iclasda iştirak etməsi nəzərdə tutulur.

 

https://azranking.az/az/protocols-announcements/“Müqavilələrin%20icrası,%20mübahisələrin%20həlli,%20müəssisənin%20bağlanması%20və%20müflisləşmə,%20məhkəmə%20sistemi%20və%20hüququn%20aliliyi”%20işçi%20qrupunun%20iclası-82.html