Xəbərlər

“İNSAN HÜQUQLARI GÜNÜ” MÜNASİBƏTİLƏ ƏDLİYYƏ AKADEMİYASINDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-06-05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər ilin iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə bu ərəfədə - mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir.

 

Bununla əlaqədar olaraq, Ədliyyə Akademiyasının da həmin tədbirlərə qoşulması məqsədilə cari ilin iyun ayının 5-də pulsuz hüquqi yardım göstərən hüquq klinikalarının, Ədliyyə Nazirliyinin Hüquqi məsləhət xidməti mərkəzlərinin, QHT-in və Ombudsman Aparatının nümayəndələrinin iştirakı ilə Ədliyyə Akademiyasında dəyirmi masa keçirilmişdir.

 

Dəyirmi masada vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi imkanları və hədləri və bu sahədə mövcud olan problemlər müzakirə edilmişdir.