Xəbərlər

Ədliyyə Nazirliyinin Elektron Informasiya Sistemlərinin Yeni Data Mərkəzinə Köçürülməsi ilə Əlaqədar Məlumat

2022-08-04

 

Ədliyyə Nazirliyinin elektron informasiya sistemlərinin

yeni data mərkəzinə köçürülməsi ilə əlaqədar

MƏLUMAT

Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçiriləcəkdir.

Həmin işlərin birinci mərhələsi çərçivəsində 5 avqust (iş saatlarından sonra) və qeyri iş günləri olan 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində dayanmalar gözlənilir.

Sistemlərin digər dayanma tarixləri barədə əlavə məlumat veriləcəkdir.

Nəzərə alınması xahiş olunur.

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi