Xəbərlər

Ədliyyə Naziri Şirvanda Vətəndaşları Qəbul Edəcək

2022-08-26


Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov avqustun 30-da Şirvan şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Şirvan, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi 17, əlaqə telefonu: (+99421) 215-67-27, (+99421) 215-60-23, (+99470) 694-66-10), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.