Xəbərlər

RUSİYA VƏ AZƏRBAYCAN NOTARİUSLARININ İŞTİRAKI İLƏ “AZƏRBAYCAN, RUSİYA VƏ ALMANİYA NOTARİUSLARININ FƏALİYYƏTİNDƏ ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-09-20

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Qeydiyyat və notariat baş idarəsinin və Almaniyanın Kill Universitetinin təşkilatçılığı ilə cari ilin 20 sentyabr tarixində Bakı şəhərində “Azərbaycan, Rusiya və Almaniya notariuslarının fəaliyyətində elektron sənəd dövriyyəsi” mövzusunda Rusiya və Azərbaycan notariusları üçün dəyirmi masa keçirilmişdir.

 

           

 

Tədbirdə Rusiya Federasiyasının Sankt-Peterburq, Yekaterinburq, Tula, Maqnitoqorsk şəhərlərində, habelə Bakı şəhərində çalışan notariuslar cəlb edilmişlər.

 

           

 

Dəyirmi masada Almaniya federal notarius palatasının vitse-prezidenti, ədliyyə məsləhətçisi Rixard Bok, Sankt-Peterburq şəhərinin notariat palatasının metodik Şurasının üzvü Alfia Leşenko, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl, Kill Universitetinin Şərqi Avropa Hüquq İnstitunun əməkdaşı Azər Əliyev mühazirəçi qismində çıxış etmişdir.

 

           

 

Tədbirdə notariusların dövlət orqanları və üçüncü şəxslərlə əməkdaşlıq məsələləri, həmçinin notariat fəaliyyətində elektron sənəd dövriyyəsinin və məlumatların qorunması və etbarlılıq məsələləri müzakirə edilmişdir.

 

           

 

Tədbir canlı müzakirələr şəraitində keçirilmişdir.

 

           

 

Bundan başqa qonaqlar ASAN xidmətin fəaliyyəti ilə də tanış olmuşlar.

 

Daha sonra qonaqlar sentyabr ayının 21-24-də Qəbələ şəhərində Kill Universiteti tərəfindən “Müqavilənin tərtib edilməsi metodikası. Alman yanaşması” mövzusunda təşkil olunan seminarda iştirak etmişlər.