Xəbərlər

GƏNC HÜQUQŞÜNASLARIN VƏ HÜQUQŞÜNAS TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

2015-01-30

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının nəzdində Hüquq klinikası fəaliyyət göstərir.

 

Klinikanın əsas məqsədi hüquq fakültəsinin tələbələrinə və kifayət qədər hüquqi təcrübəsi olmayan hüquqşünaslara praktiki vərdişlərin aşılanmasıdır. Bu məqsədlə hüquq klinikasında praktiki vərdişlərin öyrənilməsi üçün interaktiv metodlardan istifadə etməklə dərslər təşkil edilir.

 

Həmçinin klinikaya cəlb olunan tələbələrə və hüquqşünaslara vəkilin nəzarəti altında əhalinin sosial cəhətdən zəif təbəqələrinə pulsuz hüquqi yardımın göstərilməsi imkanları yaradılır.

 

Hüquq klinikası ilə əməkdaşlıq etmək istəyən könüllülər Ədliyyə Akademiyasına müraciət edə bilərlər.

 

 

 

Əlaqə telefonları: (012) 598 28 52

 

e-mail: info@aaj.gov.az