Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-09-20

 

Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq məsələləri mövzusunda təlim keçirilib.

14 vəkilin cəlb edildiyi  təlimdə  Bakı Apellyasiya Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin icrasına nəzarət üzrə mütəxəssisi və Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin əməkdaşının təqdimatları dinllənilib.

 

“AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI ÇƏRÇİVƏSİNDƏ MÜLKİYYƏT HÜQUQU” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2019-09-15

15 sentyabr tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər, vəkillər və Ədliyyə Akademiyasının əməkdaşları üçün “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində Mülkiyyət hüququ” mövzusunda təlim keçirilib.

 

HAKİMLƏR ÜÇÜN MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ BAXIŞINA DAİR İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-14

14 sentyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mülki işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib. 25 nəfər birinci instansiya məhkəmələrinin hakiminin iştirak etdiyi tədris kursunda Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Ələsgər Əliyev və Elşanə Vəliyevanın, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Raqib Qurbanov və İsmayıl Xəlilovun mühazirələri dinlənilib

 

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-13

Ədliyyə Akademiyasında hakimlər üçün “Hakimlərin deontologiya məsələləri və Etik Davranış Kodeksi” mövzusunda ixtisasartırma kursu keçirilib.

22 hakimin iştirak etdiyi kursda Quba Rayon Məhkəməsinin sədri,  Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsinin təqdimatları dinlənilib.

 

HAKİMLƏR VƏ VƏKİLLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİB

2019-09-10

Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlimlər keçirilib.

Ümumilikdə 40-a yaxın hakim və vəkilin iştirak etdiyi təlimlərdə beynəlxalq ekspertin və Vəkillər Kollegiyası üzvlərinin təqdimatları dinlənilib.
Hər iki təlimdə beynəlxalq miqrasiya hüququnun subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi mövzular üzrə mühazirələr deyilib.