Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-09-09

Ədliyyə Akademiyasında Beynəlxalq Miqrasiya Təşkilatı və Akademiyanın birgə təşkilatçılığı ilə “Qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.

 

HAKİMLƏR ÜÇÜN MƏNZİL MƏCƏLLƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-07

7 sentyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

Təlimdə yaşayış sahəsinin təyinatının dəyişdirilməsi, onun yenidən planlaşdırılması və ya yenidən qurulması sahəsində yaranan mübahisələrə məhkəmədə baxılması xüsusiyyətləri, Mənzil-Tikinti Kooperativlərinin fəaliyyəti ilə bağlı yaranmış mənzil mübahisələrinə baxılmasının xüsusiyyətləri, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin hüquqi rejimi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan məhkəmə mübahisələrində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin qarşılıqlı tətbiqi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

 

VƏKİLLİYƏ NAMİZƏDLƏR ƏDLİYYƏ AKADEMİYASINDA İCBARİ TƏLİMƏ CƏLB OLUNUB

2019-09-05

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilir.
Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 94 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.
Təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq. 

 

HÜQUQİ YARDIMLA BAĞLI ƏDLİYYƏ NAZİRLİYİ VƏ Aİ-NIN BİRGƏ SEMİNARI KEÇİRİLİB

2019-09-03

Ədliyyə Nazirliyi və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 3 sentyabr tarixində “Holiday İnn”  mehmanxanasında “Azərbaycan ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” adlı layihə çərçivəsində Hüquqi yardım və hüquqi maarifləndirmə üzrə seminar keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA İCBARİ TƏLİM KURSUNA BAŞLANILIB

2019-08-05

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 300 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 66 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.

 

Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlər, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.