Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCBARİ TƏLİM KURSUNA BAŞLANILIB

2019-08-05

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 300 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 66 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.

 

Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlər, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur. 

 

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA KİBERCİNAYƏTKARLIQLA MÜBARİZƏYƏ DAİR VİDEO-KONFRANS KEÇİRİLİB

2019-07-10

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında insan hüquqları, cinayətkarlıqla mübarizə və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə həmçinin bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi  

 

ƏDLİYYƏ AKADEMİYASINDA GİZ İLƏ BİRGƏ NÖVBƏTİ TƏLİM KEÇİRİLİB

2019-07-09

Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqda həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyul ayının 8-9-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hakimlər üçün “İnzibati prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması” mövzusunda növbəti iki günlük təlim keçirilib.
GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” adlı regional proqramı çərçivəsində təşkil olunan təlimin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıqdan, hakimlər üçün birgə tədris tədbirlərinin təşkilindən bəhs edib, təlimin əhəmiyyətini vurğulayıb. 
 

 

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-06-30

 Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzi tərəfindən Şəki və Şəmkir şəhərlərində bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursları keçirilib .

Ümumilikdə 133 nəfər dinləyicinin cəlb edildiyi hüquqi maarifləndirmə tədbiri Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə iş mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilib.