Xəbərlər

"İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ POTENSİALLARIN ARTIRILMASI" LAYİHƏSİ BAŞA ÇATIB

2019-06-19

Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam Isakzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Xarici İşlər Nazirliyi Humanitar və Sosial məsələlər idarəsinin rəhbəri Əlimirzamin Əskərov, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev və Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov giriş nitqi ilə çıxış edib, layihənin icrası dövründə keçirilmiş təlimlərdən, təşkil olunmuş tədris səfərlərindən, çap olunmuş kurikulum və dərs vəsaitindən və digər görülmüş işlər barədə məlumat verib, layihənin uğurlu gedişatından bəhs ediblər.
Daha sonra BMqT-nin Azərbaycandakı Nümayəndəliyində layihə rəhbəri Marija Nikolovska layihə çərçivəsində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Tədbirdə hakimlər, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Akademiyasının əməkdaşları, Vəkillər Kollegiyasının üzvü və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
2016-cı ilin noyabr ayından etibarən Avropa İttifaqı və BMqT-nin İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin məqsədi insan alverinə qarşı effektiv mübarizə aparmaq və insan alveri qurbanlarını müdafiə etmək sahəsində bilik və bacarıqların artırılmasından ibarət olub.

Yekunda BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri V.Gjorgjiev layihə çərçivəsində uğurlu əməkdaşlığa görə Təşkilatın tərəfdaşlarına təşəkkürnamələr təqdim edib. 

 

ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ TƏMİNATINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİN ROLUNA DAİR KONFRANS-TƏLİM KEÇİRİLİB

2019-06-14

İyunun 14-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda konfrans-təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov sabah iyunun 15-nin Milli Qurtuluş Günü - Ulu Öndərin hakimiyyətə qayıdışı günü olduğunu qeyd edib, Azərbaycanın bugünkü həyatının və reallıqlarının həmin Qurtuluşa arxalandığını, Ümummilli Liderimizin istər müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı, istərsə də müasir məhkəmə-hüquq sistemimizin banisi olduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. 

 

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-06-14

14 iyun 2019-cu il tarixdə Ədliyyə Akademiyasında məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.

Təlim zamanı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı”,Məhkəmə aparatı işçilərinin məhkəmələrin idarə edilməsində rolu və onlar üçün nəzərdə tutulmuş davranış prinsipləri”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri” barədə mövzular tədris olunub. 

 

ƏDLİYYƏ AKADEMİYASININ TƏLİMÇİSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-06-04

4 iyun 2019-cu il tarixdə Moldova Respublikasının paytaxtı Kişniyov şəhərində Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı və Moldova Milli Ədliyyə İnistitutu tərəfindən təşkil olunan “Moldova Respublikasında Cinayət Hüququ Sisteminin İnsan Hüquqları ilə Uyğunlaşdırılmasının Təşviq olunması” ilə bağlı İnsan hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi - “Azadlıq və toxunulmazlıq hüququ” mövzusunda keçirilən Beynəlxalq Konfransda Sumqayıt Apelyasiya Məhkəməsinin sədri, Ədliyyə Akademiyasının təlimçisi Səadət Bəktaşi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Vüqar Quliyev iştirak ediblər. 

 

HAKMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-05-31

31 may tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakimlər üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının  tətbiq məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

Ümumilikdə 27 nəfər hakimin iştirak etdiyi tədris kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşlarının və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri,“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin koordinatoru Ramin Qurbanovun təqdimatları dinlənilib.