Xəbərlər

İKT ÜZRƏ HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-11-16

Cari ilin 16 noyabr tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakimlər üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 noyabr 2018-ci il tarixli, 605-K nömrəli əmrinə əsasən, keçirilmiş ixtisasartırma kursunda birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hakimləri olmaqla, ümumilikdə 13 hakim iştirak edib.

 

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-11-08

Cari ilin 8 noyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinini 30 oktyabr 2018-ci li tarixli, 587-K nömrəli əmrinə əsasən, keçirilmiş ixtisasartırma kursunda birinci instansiya məhkəməsinin və apelyasiya məhkəməsinin hakimləri olmaqla, ümumilikdə 26 hakim iştirak edib.

 

ŞƏKİDƏ BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN TƏDRİS KURSU KEÇİRİLİB

2018-09-28

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən  bələdiyyə  üzvləri və qulluqçularının hüquqi  maarifləndirilməsi məqsədilə 28 sentyabr 2018-ci il  tarixdə Şəki regional ədliyyə idarəsində Şəki, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının bələdiyyə üzvləri və qulluqçuları üçün tədris kursu təşkil edilib.

 

Ədliyyə Akademiyası tərəfindən hazırlanmış Bələdiyyələrlə  iş  Mərkəzi  ilə razılaşdırılmış tədris proqramına əsasən “İnzibati aktın forması, inzibati akta dair ümumi tələblər, inzibati aktların icra edilmə qaydası” ,“Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”, Bələdiyyə qulluqçularının etik davranış qaydaları, bələdiyyə qulluğuna qəbul prossesində şəffaflığın təmin edilməsi”  mövzularında  mühazirələr dinləyicilərin diqqətinə çatdırlıb.

 

 

   

 

HELP PROQRAMI ÇƏRÇİVƏSİNDƏ TƏLİM KEÇİRİLİB

2018-09-22

21-22 sentyabr tarixlərində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Hilton” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində “HELP proqramı (hüquqşünaslar üçün insan hüquqlarının tədrisi)” üzrə təlim keçirilib

 

Hakimlərin, vəkillərin, praktik hüquqşünasların və Ədliyyə Akademiyasının əməkdaşlarının qatıldığı təlimdə Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov və Avropa Şurasının Azərbaycandakı Ofisinin nümayəndəsi Vəfa Rövşənova  açılış nitqi ilə çıxış ediblər.

 

 

 

“AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI ÇƏRÇİVƏSİNDƏ MÜLKİYYƏT HÜQUQU” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2018-09-15

15 sentyabr tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər, vəkillər və Ədliyyə Akademiyasının əməkdaşları üçün “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində Mülkiyyət hüququ” mövzusunda təlim keçirilib.

 

Hakimlərin, vəkillərin, praktik hüquqşünasların və Ədliyyə Akademiyasının əməkdaşlarının iştirakı ilə baş tutan təlimdə Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyinin baş hüquqşünası Xəqani Quliyevin mühazirələri dinlənilib.