Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-11-15

Ədliyyə Akademiyasında hakimlər üçün “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

21 hakimin iştirak etdiyi kursda  Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təqdimatları dinlənilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA VİDEO-KONFRANS KEÇİRİLİB

2019-11-08

Ölkə Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında insan hüquqları və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə həmçinin, bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.

 

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-10-31

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə Ədliyyə Akademiyasında tədris kursları keçirilib.

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil edilən tədris kurslarında ümumilikdə  33 nəfər dinləyici qismində iştirak edib. Tədris kursunda “Çoxmənzilli binaların idarə edilməsi sahəsində bələdiyyələrin rolu”, “Yerli turizmin, eləcə də tibbi turizmin təşkilində bələdiyyələrin iştirakı”, Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı”, “Vergi uçotunun qurulması, yerli vergi və ödənişlərin nəğdsiz ödəmə vasitəsilə həyata keçirilməsi”, “Beynəlxalq təcrübəyə əsasən insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” kimi mühazirələr iştirakçıların diqqətinə çatdırılıb.

 

ƏDLİYYƏ AKADEMİYASININ ƏMƏKDAŞLARI MACARISTANDA TƏLİM SƏFƏRİNDƏ OLUBLAR

2019-10-29

Oktyabrın 21-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərdində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən II  Şərq Tərəfdaşlığı Proqramı üzrə "İstanbul Konvensiyası və digər Avropa gender bərabərliyi standartlarına əsaslanan Qadınların ədalət mühakiməsinə çatımlılığı" regional layihəsi çərçivəsində təlim təşkil edilib.

Gürcüstan, Moldova, Ukrayna, Belarusiya və Ermənistan nümayəndə heyətinin iştirakı ilə keçirilmiş təlimdə ölkəmiz Ədliyyə Akademiyasının bir qrup əməkdaşı və bir nəfər hakim tərəfindən təmsil olunub.

 

"AVROPA ƏDALƏT GÜNÜ” İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR DAVAM EDİR

2019-10-26

Avropa Şurasının və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən 25 oktyabr Avropa Ədliyyə Günü ölkəmizdə də geniş qeyd olunur, bu münasibətlə məhkəmələrdə "açıq qapı" günləri, hüquqi maarifləndirmə, məhkəmə fəaliyyəti ilə tanışlıq tədbirləri