Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏFAT ETMƏSİNİN İLDÖNÜMÜ YAD EDİLMİŞDİR

2017-12-12

Ədliyyə Akademiyasının əməkdaşları və ədliyyə qulluğuna 14-cü müsabiqədə uğur qazanmış namizədlərin iştirakı ilə ümumilli lider Heydər Əliyevin vəfat etməsinin ildönümü yad edilmişdir. Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov öz çıxışına başlamazdan əvvəl bir dəqiqəlik sükut elan etmişdir. Tədbirdə Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunmuş, onun dövlət məmurları qarşısında vətənpərvərlik, sağlam mənəviyyat, qanunun aliliyinin daim uca tutulması ilə bağlı tələbləri bir daha vurğulanmışdır. Daha sonra, Ədliyyə Akademiyası Ədliyyə sahəsində idarəetmə kafedrasının baş müəllimi İsmayıl Məmmədli namizədlərə “Heydər Əliyev dövlət quruculuğunun banisidir” mövzusunda mühazirə demişdir.

 

HAKİMLİYƏ NAMİZƏDLƏR AVROPA MƏHKƏMƏSİNDƏ TƏCRÜBƏ KEÇİBLƏR

2017-12-11

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.

 

Bununla əlaqədar tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, o cümlədən konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, Avropa Məhkəməsinin hakimləri dəvət edilməklə Ədliyyə Akademiyasında ayrıca təlimlər, distant treninqlər keçirilir, Məhkəmənin qərarlarının hakimlər tərəfindən öyrənilməsi təşkil edilir. Həmçinin, hakimlərimizin bilavasitə Avropa Məhkəməsində təcrübə keçmələrinin əhəmiyyəti nəzərə alınaraq çoxsaylı hakimlər Strasburqda tədris səfərlərində olurlar.

 

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ UZUNMÜDDƏTLİ TƏDRİS KURSU DAVAM EDİR

2017-12-06

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqları çərçivəsində hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması üzrə tədbirlər görülür, bu məqsədilə Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq olunur.

 

Hazırda növbəti seçim zamanı test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər.

 

ƏDLİYYƏ AKADEMİYASINDA İCBARİ TƏLİM KURSUNA BAŞLANILIB

2017-11-29

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.

 

Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA ARDICIL TƏLİMLƏR HƏYATA KEÇİRİLİR

2017-11-20

Ədliyyə Akademiyasında 06.11.2017-ci il tarixində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda icra məmurları üçün, 13.11.2017-ci il tarixində tibb xidməti işçiləri üçün, 20.11.2017-ci il tarixində Məhkəmə ekspertizası mərkəzinin əməkdaşları üçün təlimlər keçirilmişdir.

 

Təlimlər tədris proqramına uyğun olaraq həyata keçirilmişdir. Tədris proqramında “Ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə hər təlimdə 3 saat həcmində tədris yükü nəzərə tutulmuşdur və bu tədris yükü tam yerinə yetirilmişdir.