Xəbərlər

VƏKİLLƏR ÜÇÜN NÖVBƏTİ TƏLİM

2017-10-18

17-18 oktyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 42 üzvünün iştirakı ilə  vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (Fikri ifadə etmək azadlığı) və 11-ci maddə (Yığıncaqlar və birləşmək azadlığı) mövzusunda Bakı şəhərində iki günlük təlim keçirilmişdir.

 

ƏDLİYYƏ AKADEMİYASI VƏ BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATININ (BQMT) NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

2017-10-12

Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə (BqMT) “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” (ENCT) layihəsi həyata keçirilir. Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə, digər dövlət orqanları ilə yanaşı, Ədliyyə Nazirliyi və onun Akademiyası tərəfindən də icra olunur.

 

Layihə çərçivəsində Ədliyyə Akademiyasında “İnsan alverinə qarşı mübarizə” təlim proqramının hazırlanması üçün 14 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupunun tərkibinə Ədliyyə Akademiyası, Baş Prokurorluq, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Bakı Ağır Cinayətlər Məhkəməsi, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri və BMqT tərəfindən cəlb olunan mütəxəxəssislər daxil edilmişlər. İşçi qrupunun tərkibinə beynəlxalq ekspert qismində Makedoniya Respublikası Ədliyyə Akademiyasının rektoru xanım Aneta Arnaudovska və BMqT-nin eksperti Shareen Tuladhar cəlb edilmişlər.

 

AVROPA ŞURASI TƏRƏFİNDƏN HAKİMLİYƏ NAMİZƏDLƏRƏ TƏLİM KEÇİRİLMİŞDİR

2017-10-11

Cari ilin 11 oktyabr tarixində Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün “Hakimlərin kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda təlim keçirilmişdir.

 

Təlim Avropa Şurası və Avropa İttifaqının birgə proqramı olan “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” çərçivəsində “İfadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihə 2015-ci ildən fəaliyyət göstərir və əsas məqsədlərindən biri də hüquq professionallarının (hakimlərin, prokurorların, vəkillərin) ifadə azadlığı və media azadlığı sahəsində mövcud Avropa Şurası standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququna dair məlumatlılığını artırmaqdan ibarətdir. 

 

TÜRKİYƏNİN İSTANBUL ŞƏHƏRİNDƏ TÜRKİYƏ ƏDLİYYƏ AKADEMİYASININ TƏŞKİLATÇILIĞI İLƏ HÜQUQ TƏHSİLİ ÜZRƏ BEYNƏLXALQ KONQRES KEÇİRİLMİŞDİR

2017-10-06

4-6  oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində Türkiyə Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Hüquq təhsili üzrə Beynəlxalq Konqres keçirilmişdir. Konqresin məqsədini hüquq təhsili sahəsində tədqiqatların aparılması, bu sahədə platformanın yaradılması, hüquq təhsilinin mühüm məqamlarının və əsalarının müəyyən edilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və digər aktual məsələlər ətrafında təcrübə mübadiləsinin aparılması təşkil etmişdir.

 

Beynəlxalq konqresdə bir çox ölkələrdən olan alimlər, praktiki hüquqşünaslar və hakimlər, həmçinin bir sıra xarici ekspertlər iştirak etmişdir. Konqresdə Ədliyyə Akademiyası da tərəfindən təmsil edilmişdir.

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN NAXÇIVAN ŞƏHƏRİNDƏ TƏLİM KEÇİRİLİB

2017-10-06

Ədliyyə Akademiyası və Avropa Şurası “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

Oktyabrın 5-6-da  Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşıdırması hüququ) mövzusunda Naxçıvan şəhərində iki günlük təlim keçirilib.