Xəbərlər

İCRA MƏMURLARI VƏ REGİONAL ƏDLİYYƏ İDARƏLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-10-02

Oktyabrın 2-də icra məmurları və regional ədliyyə idarələrinin əməkdaşları üçün Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ BEYNƏLXALQ EKSPERTLƏRİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLİB

2017-09-29

Hakimliyə namizədlərin ilkin uzunmüddətli tədris kursunun proqramına da “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusu daxil edilmişdir. Avropa Şurasının dəstəyi ilə cari ilin 28-29 sentyabr tarixlərində hakimliyə namizədlər üçün “Hüquqi Şəxslərin Korporativ Cinayət Məsuliyyəti” mövzusunda seminar keçirilmişdir.Tədbirin keçirilməsində əsas məqsəd hakimliyə namizədləri beynəlxalq təcrübəyə əsaslanaraq, korporativ cinayət məsuliyyəti hallarına dair əsas anlayışlarla tanış etməkdir.

 

 

Seminar “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihə 2015-ci ildən Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramı çərçivəsində icra olunur. Layihənin əsas məqsədi korrupsiya ilə mübarizə və onun qarşısının alınmasına yönəlmiş institusional islahalatların icrası vasitəsilə demokratiyanın və hüququn aliliyinə töhfə verməkdir. Bu məqsədlə korrupsiya ilə mübarizə və onun qarşısının alınması üçün institusional bacarıqların artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

 

SUMQAYIT ŞƏHƏRİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM

2017-09-29

Ədliyyə Akademiyası tərəfindən Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı əsasında həyata keçirilən "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı layihənin icrası çərçivəsində paytaxtda və regionlarda silsilə təlimlər təşkil olunur.

 

 

Sentyabrın 28-29-da Sumqayıt şəhərində vəkillər üçün "Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ) mövzusunda iki günlük  təlim keçirilib.

 

BƏLƏDİYYƏ ÜZVÜ VƏ QULLUQÇULARI ÜÇÜN TƏDRİS KURSU

2017-09-22

Sentyabrın 21-22-də Ədliyyə Akademiyasında Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu keçirilib.

 

HAKİMLƏR ÜÇÜN NÖVBƏTİ İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-09-22

Sentyabrın 22-də Ədliyyə Akademiyasında 31 hakimin iştirakı ilə “Cinayət işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

Kursda Ali Məhkəmənin hakimi Fərhad Kərimov, hakim Vüqar Məmmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşı Əsəd Əliyev və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinq Xidmətinin Hüquq sektorunun rəisi Azər Abbasovun təqdimatları dinlənilib.