Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİB

2016-09-09

Sentyabrın 9-da Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası hakimlər üçün  ixtisasartırma kursu təşkil edib. “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda keçirilmiş ixtisasartırma kursunda 19 birici instansiya məhkəmələrinin hakimi iştirak ediblər.

 

 

Kursda Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Məmmədov və Həmid Həmidovun mühazirələri dinlənilib.

 

 

 

ƏDLİYYƏ AKADEMİYASI TƏRƏFİNDƏN AVROPA ŞURASI İLƏ BİRGƏ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİMÇİLƏRİN TƏLİMİ TƏŞKİL EDİLİB

2016-09-02

Ədliyyə Akademiyası və Avropa Şurası tərəfindən“Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində hakimlərin təliminin təkmilləşdirilməsi ilə bağlı növbəti təlimçilərin təlimi təşkil edilib.

 

 

Cari ilin 1-2 sentyabr tarixlərində “Park İnn” mehmanxanasında keçirilmiş təlimdə 9 hakim və Ədliyyə Akademiyasının 5 Əməkdaşı iştirak edib.

 

 

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA ASAN KÖNÜLLÜLƏRİ ÜÇÜN TƏLİM TƏŞKİL EDİLİB

2016-08-31

“Könüllük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Ədliyyə Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ASAN School” könüllülük proqramı çərçivəsində avqustun 31-də Ədliyyə Akademiyasında Asan könüllülərinin  məhkəmələrdə təcrübəyə cəlb edilməsi ilə bağlı təlim keçirilib.

 

           

 

Təlim ASAN könüllülərinin məhkəmələrə müraciət edən vətəndaşlara müvafiq izahatların verilməsinə, poçt, elektron poçt, faks vasitəsi ilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan iş, material və digər sənədlərin qəbulu,qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi, çatdırılması və göndərilməsinə müvafiq köməklik göstərilməsiməqsədi daşıyır.

 

“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR

2016-08-26

Cari ilin 25-26 avqust tarixlərində “Holiday İnn” mehmanxanasında Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Ədliyyə tədris müəssisələrində məhkəmələrin idarə edilməsinə dair təlimin həyata keçirilməsi” mövzusunda seminar keçirilmişdir.

 

 

Seminarda layihə çərçivəsində cəlb olunan təlimçilər Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev,Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin böyük məsləhətçisi Leyla Zakirova və Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədli, həmçinin Moldova Milli Ədliyyə Institutununheyəti, Fransa Milli Ədliyyə Məktəbinin nümayəndələri və CEPEJ eksperti iştirak ediblər.

 

 

 

 

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2016-07-20

Ədliyyə Akademiyası tərəfindən Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası çərçivəsində Bakı şəhəri və regionlarda silsilə təlimlər keçirilir

 

 

İyulun 19-20-də Bakı şəhərində “Hyatt Regency” mehmanxanasında vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və 11-ci maddələri üzrə iki günlük təlim keçirilib.