Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI ELMİ ŞURASININ İCLASINDA

2016-06-21

İyunun 21-də Ədliyyə Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şurasının iclası keçirilib.

 

İclasda çıxış edən ədliyyə nazirinin müavini, hüquq elmləri doktoru Azər Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən məqsədyönlü tədbirlərdən danışıb, geniş dinləyici auditoriyasına malik olan Akademiyada qabaqcıl tədris metodikalarının tətbiqini, müxtəlif kateqoriyadan olan 10.300-dək hüquqşünas-dinləyicilərin hazırlanması və ixtisasının artırılmasını, o cümlədən ədliyyə işçiləri, vəkillər və hakimlərin davamlı tədrisə, bu orqanlarda çalışmaq istəyən, habelə prokurorluğa namizədlərin icbari, hakimliyə namizədlərin isə ilkin uzunmüddətli təlimə cəlb olunmasını qeyd edib, hüquqşünasların tədrisi sahəsində mühüm layihələrin həyata keçirilməsini vurğulayıb.

 

 

HAKİMLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2016-06-03

Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində bu mötəbər qurumun Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planı çərçivəsində hüquqşünasların insan hüquqları üzrə treninqi, onların təlim keçmə potensialının gücləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə "İnsan hüquqları üzrə Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı layihə həyata keçirilir.

 

 

Həmin Layihənin məqsədi məhkəmə-hüquq islahatlarına dəstək vermək, hakimlərin və digər hüquqşünasların tədrisinə, onların  İnsan hüquqları üzrə Avropa Konvensiyasını effektiv tətbiq etmək bacarıqlarının yüksəldilməsinə töhfə verməkdir.

 

 

 

 

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN HAKİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-06-03

İyunun 3-də Ədliyyə Akademiyasında birinci instansiya məhkəmələrinin hakimləri üçün "Ayrı-ayrı kateqoriyalara aid cinayətlərin xüsusiyyətləri" mövzusunda ixtisasartırma kursu keçirilib. Tədbirdə 20 hakim iştirak edib.

 

 

Kursda Ali Məhkəmənin Cinayət kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifovun, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsində idarə rəisi Vüqar Quliyevin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının sədri vəzifəsini icra edən, Məhkəmə-Hüquq Şurasının üzvü Rizvan Səfərovun mühazirələri dinlənilib.

 

BƏLƏDİYYƏ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MAARİFLƏNDİRMƏ TƏDBİRİ

2016-06-03

İyunun 3-də Ədliyyə Akademiyası tərəfindən Masallı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonlarının bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilib.

 

Tədbirdə 95 nəfər bələdiyyə üzvü və qulluqçusu, Lənkəran regional ədliyyə şöbəsinin və Masallı rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

 

Tədris kursunda Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən "Bələdiyyə qulluqçularının etik davranış məsələləri", "Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları" və "Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri" mövzularında mühazirələr oxunub.

 

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLİYƏ NAMİZƏDLƏR ÜÇÜN TEST İMTAHANINA HAZIRLIQ KURSULARI BAŞLANILMIŞDIR

2016-04-23

Hakimliyə namizədlərin imtahanlara hazırlaşmalarına köməklik göstərilməsi məqsədilə müvafiq hazırlıq kursları başlanılmışdır.

 

 

23 aprel 2016-cı il tarixdə Ədliyyə Akademiyasında 70-dək hakimliyə namizədin iştirak etdiyi kursda Dövlət İmtahan Mərkəzinin eksperti, Ali Məhkəmənin təcrübəli hakimlərinin mühazirələri dinlənilmiş, test imtahanına hazırlıq və testlərin həlli vərdişləri, İnsan Hüquqları Avropa Konvensiyasının Azərbaycan Respublikası qanunvericilik sistemində...