Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ AVROPA ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ GƏNCƏ ŞƏHƏRİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2016-04-22

Ədliyyə Akademiyası Avropa Şurasının 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı layihəsiniuğurla icra edir. Layihənin  məqsədi hüquqşünaslar arasında İnsan Hüquqlarınıntədrisi üzrə Avropa Proqramının (HELP)  tətbiqi, bu prosesdə Ədliyyə Akademiyasının rolunun artırılmasıdır.

 

Layihə çərçivəsində 2015-ci ildə hakimlər, vəkillər, Ədliyyə Akademiyasının müəllim heyəti və digər praktik hüquqşünaslar üçün Təlimçilər üçün Təlimləri (ToT) keçirilmiş,milli təlimçilər seçilmişdir,həmçinin...

 

HAKİMLƏRLƏ DEONTOLOGİYA VƏ ETİK DAVRANIŞ MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2016-04-20

Deontologiya əxlaq və etika məsələləri cəmiyyətin bütün sahələrində ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Deontologiyanın məqsədi insanlar arasında mənəvi cəhətdən etik davranışariayət etməkdən, stress faktorları ilə mübarizə aparmaqdan ibarətdir.

Məhkəmələrdə etik davranış qaydalarına riayət olunması vətəndaş məmnunluğunun əldə edilməsinin mühüm cəhətlərindən biridir. Bu baxımdan məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir.Bu məqsədlə Məhkəmə-Hüquq Şurasının 22 iyun 2007-ci il tarixli qərarı ilə“HakimlərinEtik Davranış Kodeksi” qəbul edilmişdir.Hakim deontologiyasının xüsusi bir ixtisas elmi kimi öynənilməsi daim Ədliyyə Akademiyasının diqqət mərkəzində olmuşdur. Problemin ilk növbədə praktiki əhəmiyyətini nəzərə alaraq...

 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN GƏNCƏ ŞƏHƏRİNDƏ İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-04-14

Məhkəmə aparatı işçiləri üçün 14 aprel 2016-cı il tarixdə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində ixtisasartırma kursu keçirilmişdir. İxtisasartırma kursunda Kəlbəcər, Ağdam, Bərdə, Daşkəsən, Kəpəz, Nizami, Naftalan, Goranboy, Gədəbəy, Göy-gol, Xocalı, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Ağstafa rayon məhkəmələrinin, ümumilikdə 36 nəfər, apartı işçiləri iştirak etmişlər. Məhkəmə aparatı işçilərinə ixtisasartırma kursunun tədris proqramına «Ədliyyə Naziriliyi və məhkəmələrin qarşılıqlı əlaqəsi, məhkəmə orqanlarında statistik hesabatların əhəmiyyəti və tərtibatı xüsusiyyətləri», «Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanlarında qulluqkeçmənin hüquqi əsasları», «Korrupsiya ilə mübarizənin hüquqi əsasları» və «İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları» barədə mövzular daxil edilmişdir.

 

ƏDLİYYƏ AKADEMİYASININ ELMİ KİTABXANASININ ELEKTRON RESURSLARI ZƏNGİNLƏŞİR

2016-03-14

 

Ədliyyə Akademiyasında həyata keçirilən ixtisasa buraxılış və ixtisasartırma kurslarının səmərəli təşkil edilməsi, Akademiyada təhsil alan müdavimlərin maarifləndirilməsini təmin etmək üçün onun Elmi kitabxanasının fəaliyyəti müasir dövrün tələblərinə uyğun təşkil edilməlidir. Tədris müəssisələrində kitabxanaların təşkil edilməsi Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycanda kitabxana – informasiya sahəsinin inkişafına dair Dövlət Proqramı (2008-2013-cü illər)”, “Azərbaycan 2020:Gələcəyə baxış inkişaf konsepsiyası” nda nəzərdə tutulmuşdur. Bu proqramları rəhbər tutaraq son dövrlərdə Ədliyyə Akademiyasının Elmi kitabxanasında da əhəmiyyətli dönüş müşahidə olunur. Belə ki, kitabxana üçün yeni daha geniş otaqlar ayrılmış, Avropa İttifaqının “Azərbaycanda Ədliyyə sahəsində islahatlara dəstək”  layihəsinin maliyyə dəstəyi hesabına kitabxana təmir edilmiş və zəruri avadanlıqla təchiz edilmişdir. Kitabxanada inventarizasiya keçirilmiş, bütün kitablar qeydə alınmış, lokal kompüter şəbəkə yaradılmış və yüksək sürətli internet təmin olunmuşdur.

 

 

 

ƏDLİYYƏ AKADEMİYASI VƏ BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİ TƏRƏFİNDƏN ŞƏKİDƏ BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

2016-03-12

Cari ilin 12 mart tarixində Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzitərəfindən Şəki regional ədliyyə şöbəsində  Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının bələdiyyə üzvləri və qulluqçuları üçün seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, bələdiyyə qulluqçularının etik davranış məsələləri, əmək qanunvericiliyinin bəzi məsələlərivə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri mövzularında mühazirələr oxunmuş, iştirakçıların sualları cavablandırılmışdır.