Xəbərlər

Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

2022-07-29

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında zəruri keçid balı toplamış 41 namizədlə fərdi qaydada müsahibə aparılıb.

 

Regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş «Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri» mövzusunda Şuşa konfransı iştirakçılarının müraciəti

2022-07-27

 Möhtərəm cənab Prezident!


Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını ifadə edirlər.

 

Fikrət Məmmədov: Şuşa konfransı məhkəmə-hüquq sistemimizin inkişafı ilə bağlı yeni çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edəcək

2022-07-26

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza yaşatdığı Böyük Qələbənin sevincini bu gün azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı qədim Şuşa şəhərində yaşamaqdan yüksək qürur hissləri keçiririk. Burada olmaq, Şuşamızı azad görmək bizlərə də nəsib oldu. Bu gün doğma torpaqlarımızda, o cümlədən Şuşamızda Prezidentin rəhbərliyi ilə aparılan misilsiz quruculuq işlərinin əyani şahidi olduq.

 

Məhkəmə-hüquq islahatlarına həsr olunan Şuşa konfransı keçirilib

2022-07-25

 Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində Böyük Qələbə qazanan ölkəmiz özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş ərazilərimiz nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. 2022-ci il “Şuşa İli” elan olunaraq 270 illiyini qeyd etdiyimiz Qarabağın tacı, mədəniyyət paytaxtımızda “Xarıbülbül” Beynəlxalq Festivalı, Vaqif Poeziya Günləri və digər mötəbər tədbirlər təşkil olunur.

 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatı

2022-07-20

 Ölkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.