Xəbərlər

Vərəmlə Mübarizədə Azərbaycanın Müsbət Təcrübəsi Öyrənilir

2022-07-20

Ölkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin tibbi və dərman təminatı yaxşılaşdırılır, vərəmə qarşı mübarizədə müsbət nəticələrə nail olunaraq digər dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar.

 

Azərbaycan nümayəndə heyəti vərəmlə mübarizəyə həsr olunan beynəlxalq tədbirlərdə iştirak edib

2022-07-19

 Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində “Həbsxanalarda sağlamlıq” mövzusunda Birinci Ümumdünya Konfransı keçirilib.Tədbirin məqsədi səhiyyə müəssisələrinin rəhbər şəxsləri, yüksək səviyyəli menecerlər, elmi mütəxəssis və tədqiqatçıların həbsxanalarda səhiyyə barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaqla, həbsxanalarda sağlamlığın qorunması istiqamətində ümummilli idarəetmə yanaşmasını birgə təşviq etməkdən ibarət olub.

 

Cinayətkarlıqla Mübarizədə Səmərəli Beynəlxalq Əməkdaşlıq

2022-07-13

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

 

Yeni Təyinat Alan Hakimlərlə Görüş Keçirilib

2022-07-07

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində islahatlar ardıcıl davam etdirilir, dövlət başçısının 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür.

 

Ədliyyə Orqanlarına Qulluğa Qəbulla Bağlı Növbəti Test Imtahanı Keçirilib

2022-07-07

Ədliyyə Nazirliyinin kadr korpusunun zəruri peşə keyfiyyətlərinə malik müasir düşüncəli hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti qrup 141 namizədlə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 7-də kompüter vasitəsilə test imtahanı keçirilib.