Xəbərlər

Bələdiyyələr üçün Seminar-Müşavirələr Keçirilib

2022-06-02

Bələdiyyələrə metodoloji köməklik göstərilməsi istiqamətində Ədliyyə Nazirliyinin həyata keçirdiyi davamlı tədbirlər çərçivəsində nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrdə seminar-müşavirələr keçirilib.

 

 

“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası

2022-06-01

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir.

 

Ədliyyə Nazirliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “açıq qapı” günü keçirilib

2022-06-01

BMT Baş Assambleyasının qərarına əsasən müəyyən edilmiş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə geniş qeyd edilir.

 

Dünya Bankı Ədliyyə Sahəsində Həyata Keçirilən Layihəni Örnək Kimi Qiymətləndirir

2022-05-31

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Dünya Bankı tərəfindən böyük maraq göstərilərək bu sahədə 15 ildən çoxdur səmərəli əməkdaşlıq edilir, mütərəqqi ədliyyə xidmətləri və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə birgə layihələr uğurla həyata keçirilir.

 

Müstəqillik Günündə Ölkə Prezidentinin Növbəti Humanist Qərarı

2022-05-28

Xalqımızın müstəqillik tarixinin başlanğıcı olan 1918-ci il may ayının 28-də yaranmış Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.