Xəbərlər
Xəbər verildiyi kimi, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. İnsa haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı nazirliyin bölgələrdə yerləşən icra və probasiya, həmçinin qeydiyyat qurumları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) üzrə test imtahanından uğur qazanmış 35 namizədlə müsabiqənin ikinci mərhələsində cari ilin yanvar-mart aylarında fərdi qaydada qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində söhbət aparılıb
Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun genişləndirilməsi, onların büdcə gəlirlərinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən metodoloji yardım və maarifləndirmə tədbirləri davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına daim xüsusi həssaslıqla yanaşılaraq onların şəhər və rayonlarda mütəmadi qəbulları davam etdirilir.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov aprelin 8-də Ağdam rayonu Quzanlı qəsəbəsində ədliyyə fəaliyyəti ilə bağlı Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.