Xəbərlər

Yerli Özünüidarəetmə Sahəsində Hüquqi Maarifləndirmə Tədbirləri Davam Etdirilir

2022-04-29

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodoloji yardım və bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri davam etdirilir

 

Ədliyyə Nazirliyi Beynəlxalq Təşkilatları Azad Edilmiş Ərazilərimizin Bərpasına Dəstək Göstərməyə Çağırıb

2022-04-27

Bakı, 27 aprel, AZƏRTAC. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, xüsusilə ölkəmiz üçün ən mühüm prioritet olan Qarabağda və Şərqi Zəngəzurda görüləcək işlərin mərkəzləşdirilmiş qaydada aparılması, bərpa işlərinə ciddi mane olan ərazilərimizin minalardan təmizlənməsi və bu prosesə beynəlxalq təşkilatların cəlb olunması ilə bağlı tapşırıqlar verib

 

 

Ölkə Prezidentinin Tapşırıqlarının Icrası Ədliyyə Orqanlarının Diqqət Mərkəzindədir

2022-04-19

Aprelin 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada geniş kollegiya iclası keçirilib. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və regional ədliyyə idarələrinin rəhbərləri iclasda videoformatda iştirak ediblər.  

 

Yerli Özünüidarəetmə Sahəsində Beynəlxalq Təcrübə Mübadiləsi

2022-04-18

 Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması daim diqqətdə saxlanılır, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi aparılır.

 

Yeni Istifadəyə Verilmiş Penitensiar Müəssisələr İctimaiyyətə Təqdim Olunub

2022-04-15
Xəbər verildiyi kimi, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. İnsa haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.