Xəbərlər

Ədliyyə Akademiyasında 31 Mart - Soyqırımı Ilə Bağlı Tədbir Keçirilib

2022-04-01

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Akademiya əməkdaşlarının, gənc könüllülərin və tələbələrin iştirak etdikləri tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

 

İlham Əliyev Bakıda Yeni İnşa Edilmiş Müasir Penitensiar Müəssisələrdə Yaradılan Şəraitlə Tanış Olub

2022-03-29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub

 

HELP Kurslarının Onlayn Formada Açılış Tədbiri Keçirilib

2022-03-18

Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində hakimlər və prokurorlar üçün üçün “Cinayət prosesində prosessual təminatlar və zərərçəkmiş şəxslərin hüquqları” və “Məhkəmə qərarlarının əsaslandırılması və İnsan hüquqları”  mövzularında  HELP kurslarının onlayn formada açılış tədbiri keçirilib

 

Avropa Şurası İlə Birgə Əməkdaşlıq Çərçivəsində HELP Təlimçilərinin Təlimi Keçirilib

2022-03-18

10-11 mart tarixlərində Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin praktiki hüquqşünasları üçün onlayn formada HELP (Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) Təlimçilərinin təlimi keçirilib. Təlimdə Avropa Şurasının ekspertləri, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin hüquq mütəxəssisləri iştirak edib

 

Avropa İttifaqı və BMT-Nin İnkişaf Proqramı Azərbaycanda Yeni Proqramının İcrasına Başlayır

2022-03-16

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" proqramının icrasına başlayıb. AZƏRTAC xəbər verir ki, proqram 2024-cü ilə qədər davam edəcək və “Şərq tərəfdaşlığı” regionunda dayanıqlı inkişafı hədəfləyəcək.