Xəbərlər

Vəkillər Kollegiyasının Üzvləri Üçün Ixtisasartırma Təlimləri Keçirilib

2022-03-03

25 fevral tarixində Ədliyyə Akademiyası tərəfindən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” və “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydaları və edilən son dəyişikliklər” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. 

 

Ədliyyə Nazirliyi Adın, Ata Adının Və Soyadın Dəyişdirilməsi İlə Bağlı Növbəti Onlayn Brifinq Keçirib

2022-03-02

Bakı, 1 mart, AZƏRTAC. Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması ənənəsi davam etdirilir. 

 

 

“Qadınların Ədalət Mühakiməsinə Çıxışı” Üzrə HELP Kursunun Videokonfrans Formatda Açılış Tədbiri Keçirilib

2022-03-01

Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində “Qadınların ədalət mühakiməsinə çıxışı” HELP kursunun distant formada açılış tədbiri keçirilib. Açılış tədbirində Avropa Şurası və Avropa İttifaqının nümayəndələri, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, həmçinin distant HELP kursuna cəlb ediləcək hakimlər, prokurorlar və vəkillər iştirak edib

 

Ədliyyə Akademiyasında Xocalı Soyqırımı Ilə Bağlı Tədbir Keçirilib.

2022-03-01

Bu il ölkəmizdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xalqımız bəşəriyyət tarixində törədilmiş ən ağır beynəlxalq cinayətlərdən biri olan Xocalı soyqırımının mənəvi ağrısını qəlbində, həyatında daşısa da, cəmiyyətdəki böyük ruh yüksəkliyi və Müzəffər Ali Baş Komadan cənab İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi ilə qüdrətli ordumuz 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmış, şəhidlərimizin, günahsız insanların, o cümlədən Xocalı qurbanlarının qanı yerdə qalmamışdır

 

Ədliyyə Naziri Füzuli Rayonunda Vətəndaşları Qəbul Edəcək

2022-03-01

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 2-də Füzuli rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.