Xəbərlər

Ədliyyə Naziri Tərəfindən Vətəndaşlarin Qəbuluna Dair Məlumat

2022-02-23

 Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Pandemiya ilə əlaqədar karantin tədbirlərinin yumşaldılması çərçivəsində vətəndaşların bölgələrdə səyyar qəbulları bərpa olunub. 

 

Azərbaycan Və Özbəkistan Ədliyyə Sahəsində Səmərəli Əməkdaşlıq Edir

2022-02-18

Fevralın 17-də ədliyyə naziri Fikrət Məmmədov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edən nazir tarixi köklərə malik bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb, Vətən müharibəsində dost Özbəkistanın dəstəyini qeyd edib. 

 

“Keçid Dövrü Ədalət Mühakiməsi Və İnsan Hüquqları” Mövzusunda HELP Kursunun Onlayn Formada Regional Açılış Tədbiri Keçirilib

2022-02-17

Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin hüquqşünasları üçün “Keçid dövrü ədalət mühakiməsi və İnsan hüquqları” mövzusunda  HELP kursunun onlayn formada regional açılış tədbiri keçirilib. Açılış tədbirində Avropa Şurasının ekspertləri, həmçinin distant HELP kursuna cəlb ediləcək Şərq Tərəfdaşlığı ölkələrinin ingilsidilli hüquqşünasları iştirak edib.

 

Cəzaların İcrasında və Cəza Siyasətinin Humanistləşdirilməsində Probasiya Xidməti Mühüm Rol Oynayır

2022-02-15

Bakı, 15 fevral, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar çərçivəsində məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, cəzaların icrası işinin səmərəliliyinin artırılması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub

 

Prezident İlham Əliyevin Həyata Keçirdiyi İslahatlar Çərçivəsində Ədliyyə Orqanlarının Fəaliyyəti Müasirləşdirilir

2022-02-11

Fevralın 11-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2021-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.