Xəbərlər

Prezident İlham Əliyevin Imzaladığı Yeni Qanunlar Hərtərəfli İnkişafa və Əhalinin Rifahına Xidmət Edir

2022-01-29

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş ərazilərimiz nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. Eyni zamanda müasir çağırışlara uyğun hərtərəfli islahatlar uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı yeni qanunlar, strategiyalar ölkə həyatının bütün sahələrini əhatə etməklə davamlı sosial-iqtisadi tərəqqiyə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir.

 

Ədliyyə Akademiyasında 20 Yanvar Faciəsinin 32-ci İldönümü ilə Bağli Videoformatda Tədbir Keçirilib

2022-01-27

 Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 32  il ötür.Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Akademiyasında keçirilmiş anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov ölkəmizin müstəqilliyi uğrunda keçdiyi tarixi yolu bir daha nəzərdən keçirərək, həmin ağır günlərdə  xalqımıza qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verildiyini, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini, şəhid ailələri və əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

 

“Kibercinayətlərlə bağlı məhkəmə işlərində elektron sübutların işlənməsi” mövzusunda distant təlim keçirilib

2022-01-27

 Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram ofisi (C-PROC)  və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə kibercinayətkarlıq və elektron sübutlar üzrə fikir və biliklərin mübadiləsinə yönəlmiş  ikinci sıra “praktikantlardan praktikaya” seminarlar formasında  təlim keçirilib.  Təlimin məqsədi kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin inkişaf etdirilməsi və fəaliyyət planının genişləndirilməsi olub.KUDO platforması vasitəsilə, ingilis dilində keçirilən təlimdə Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram ofisinin öncəki tədbirlərində iştirak edən nümayəndələr, həmçinin iştirakçı ölkələrdən olan hakimlər, prokurorlar, tədris müəssisələrinin nümayəndələrinə fikir mübadiləsi üçün geniş imkanlar yaradılıb. 

 

Vətəndaşlara daha keyfiyyətli ədliyyə xidmətlərinin göstərilməsi diqqət mərkəzindədir

2022-01-26

 Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar çərçivəsində ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir.Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində keçirilən müşavirədə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Ədliyyə Nazirliyinin vahid Çağrı Mərkəzinin təqdimatı olub

2022-01-24

 Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması ənənəsi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi feysbuk səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir.