Xəbərlər

Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlər davam etdirilir

2022-01-24

 Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həyata keçirilən islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bələdiyyələrin səlahiyyətləri genişləndirilir, maliyyə vəziyyəti yaxşılaşdırılır. Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə səmərəli inzibati nəzarət həyata keçirilir, aşkar olunan xarakterik pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə zəruri tədbirlər görülür, o cümlədən metodoloji kömək göstərilir.

 

Şəhidlərimizin Xatirəsi Ədliyyə Orqanlarında Yad Edilib

2022-01-20

Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrindən otuz iki il ötür. Bununla bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda silsilə tədbirlər keçirilib, nazirliyin rəhbərliyi və kollektivi, o cümlədən gənc ədliyyə işçiləri və könüllüləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirələrini anıblar. 

 

Ədliyyə Nazirliyi Səmərəli Beynəlxalq Əməkdaşlıq Həyata Keçirir

2022-01-19

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. Nazirlik tərəfindən 34 dövlətin, o cümlədən Avropa, Asiya, Afrika qitələrindən, Yaxın Şərq, MDB və sərhədyanı ölkələrin ədliyyə qurumları ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edilir.

 

Notariat Fəaliyyəti İlə Məşğul Olmaq İstəyən Şəxslər Növbəti Müsabiqəyə Dəvət Edilirlər

2022-01-12

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində iqtisadi münasibətlərin inkişafı notariat institutunun əhəmiyyətini artırmaqdadır. Notariat fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə müasir innovasiyalar tətbiq olunaraq ardıcıl tədbirlər görülür, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması davam edir

 

 

Doğumun Və Ölümün Qeydə Alınması Üçün Elektron Müraciət Etmək İmkanı Yaradılmışdır

2022-01-12

Vətəndaşlar https://my.gov.az internet saytına daxil olaraq qeydiyyatdan keçməklə və şəxsi kabinet yaratmaqla “myGov” portalı üzərindən doğumun və ölümün qeydə alınması üçün elektron müraciət edə bilərlər