Xəbərlər

Azərbaycanın Əməkdar Hüquqşünası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru Seçilib

2022-01-12

Bakı, 12 yanvar, AZƏRTAC

Uzun illər respublikamızın məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışmış, o cümlədən Sumqayıt Apelyasiya Məhkəməsinin sədri olmuş, hazırda Bank Ombudsmanı kimi fəaliyyət göstərən Azərbaycanın Əməkdar hüquqşünası İkram Kərimov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) fəxri professoru seçilib

 

Ədliyyə Orqanlarına Qulluğa Qəbul Üzrə Müsabiqədə İştirak Edən Namizədlərin Nəzərinə

2022-01-05

Ədliyyə Nazirliyinin qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanından müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə 2022-ci ilin yanvar ayının 18-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır

 

Azərbaycanın Ədliyyə Naziri Beynəlxalq Antikorrupsiya Təşkilatının Vitse-Prezidenti Seçilib

2022-01-05

Bütün bəşəriyyəti narahat edən korrupsiyanın transmilli xarakter daşıması nəzərə alınaraq bu qlobal bəla ilə mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, korrupsiyaya qarşı mübarizə aparan qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2006-cı ildə BMT-nin dəstəyi ilə ixtisaslaşmış beynəlxalq təşkilatın – Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) yaradılması qərara alınıb. 

 

Ədliyyə Fəaliyyəti Dövlət Başçısının Tapşırıqlarına Uyğun Təkmilləşir

2021-12-30

Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında ədliyyə orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub. Çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti ilə son 18 ildə Azərbaycanın dünyada sürətlə inkişaf edən ən islahatçı dövlətə çevrildiyini, ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətinin artdığını, xalqımızın dəmir yumruq kimi sıx birləşdiyini qeyd edərək Vətən müharibəsində parlaq qələbəmizin təmin edildiyini vurğulayıb

 

Vəkillər Üçün “Elektron Məhkəmə” İnformasiya Sistemindən Səmərəli İstifadə” Mövzusunda Distant Formada Təlim Keçirilib

2021-12-28

27 dekabr tarixində Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusunda distant formada təlim keçirilib