Xəbərlər

Ədliyyə Nazirliyində “Aliment Və Digər Borclara Dair Qərarların İcrası” Mövzusunda Sual-Cavab Sessiyası Keçirilib

2021-12-17

Bakı, 17 dekabr, AZƏRTAC

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir

 

Ədliyyə Akademiyası ilə Vyetnam Ədliyyə Akademiyası Arasında “Məhkəmə Üzvlərinin Təlimində İnformasiya Texnologiyalarının Tətbiqinin Genişləndirilməsi ilə Bağlı Bilik və Təcrübə Mübadiləsi” Mövzusunda Videokonfrans Formatında Görüş Keçirilib.

2021-12-17

 Dekabrın 17-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vyetnam Ədliyyə Akademiyası arasında “Məhkəmə üzvlərinin təlimində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı bilik və təcrübə mübadiləsi” mövzusunda videokonfrans formatında görüş keçirilib. Konfransda hüquq sahəsində peşə hazırlığı fəaliyyətində informasiya texnologiyalarının daha geniş tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb.

 

“Qadınların Ədalət Mühakiməsinə Çatımlılığı” Üzrə HELP Kursunun Regional Qiymətləndirmə Görüşü Keçirilmişdir

2021-12-15

14 dekabr tarixində Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Qadınların ədalət mühakiməsinə çatımlılığı” üzrə HELP kursunun hibrid formatda regional qiymətləndirmə görüşü keçirilmişdir. 

 

15 Dekabr 2021-ci İl Tarixində Kommersiya Məhkəmələri üçün, 16 Dekabr 2021-ci İl Tarixində isə İnzibati Məhkəmələri üçün “Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrə Əlavə Dəstək” Layihəsi Çərçivəsində Seminarlar Keçirilib

2021-12-15

 Cari ilin 15-16 dekabr tarixlərində “Hyatt Regency” otelində Avropa İttifaqı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrə Əlavə Dəstək” layihəsi çərçivəsində kommersiya və inzibati məhkəmələri üçün seminarlar keçirilib. Təlimlərdə 15 hakim, 8 aparat işçisi, 10 vəkil və Ədliyyə Nazirliyinin 8 əməkdaşı iştirak edib. 

 

Avropa Ədliyyə Nazirlərinin Növbəti Konfransı Keçirilib

2021-12-14

Xəbər verildiyi kimi, dekabrın 13-14-də İtaliyanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Konfransın açılışında AŞ-nın baş katibi Mariya Peyçinoviç Buriç, AŞPA-nın prezidenti Rik Daems, AŞ Venesiya Komissiyasının sədri Canni Bukikio və İtaliyanın ədliyyə naziri Marta Kartabiya giriş sözü ilə çıxış ediblər.