Xəbərlər

"Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi" İşçi Qrupunun Növbəti İclası Keçirilib

2021-12-14

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun dekabrın 14-də videokonfrans formatında növbəti iclası keçirilib...

 

İnsan Hüquqları Günü Münasibətilə Avropa Şurasının Bakı Ofisinin Təşkilatçılığı İlə Onlayn Tədbir Keçirilmişdir

2021-12-13

 10 dekabr tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Avropa Şurası Katibliyinin baş hüquqşünası Xaqani Quliyev tərəfindən canlı yayım vasitəsilə interaktiv təqdimat keçirilmişdir. Tədbirdə BDU, ADA universitetinin tələbələri, Ədliyyə Akademiyasının nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri və vəkilliyə namizədlər iştirak etmişlər.

 

Ulu Öndər Heydər Əliyevin Əziz Xatirəsi Ədliyyə Orqanlarında Yad Edilib

2021-12-13

Müstəqil dövlətimizin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli tərəqqisində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. Ulu Öndərin vəfatının ildönümü ilə bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda anım mərasimləri keçirilib, nazirliyin rəhbərliyi dekabrın 12-də Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət edib...

 

Avropa Ədliyyə Nazirlərinin Konfransında Ermənistanın Ölkəmizə Qarşı Əsassız Və Uydurma İttihamları Tutarlı Faktlarla Tam İfşa Olunub

2021-12-13

Xəbər verdiyimiz kimi, hazırda Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilir. AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Ermənistan tərəfinin fürsətdən istifadə edib ölkəmizə qarşı əsassız və uydurma ittihamlarına qarşı tutarlı faktlarla çıxış edərək onların yalanlarını tam ifşa edib.

 

Ədliyyə İslahatlarına Və İnnovasiyalara Dair “Açıq Qapı” Günü Keçirilib

2021-12-08

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və müasirləşir, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə əhaliyə daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dekabrın 8-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda media-tur təşkil olunmaqla “açıq qapı” günü keçirilib