Xəbərlər

“İnsanlar Hələ də Ədalətsizliklə Qarşılaşırlar...

2021-11-29

Söhbətləşdi: Eynulla Fətullayev

Ədliyyə naziri ilə ətraflı söhbətin sonuncu hissəsi məhkəmələrin fəaliyyətinə həsr olundu. Bütün hüquq-mühafizə orqanları kimi məhkəmələr də istənilən ölkənin ictimaiyyətində böyük maraq doğurur. Cəmiyyətdə hamı məhkəmələrin fəaliyyətindən razı qala bilməz, kiminsə hüququ qorunursa, qarşı tərəf öz hüquqlarının pozulduğu qənaətinə gəlir.

 

 

 

Ədliyyə Orqanlarina Qulluğa Qəbulla Bağli Növbəti Test İmtahani Keçirilib

2021-11-26

Ədliyyə Nazirliyinin bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarının  hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanı keçirilib.COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla müsabiqədə iştirak üçün müraciət etmiş ilk 95 namizədlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə noyabrın 26-da fərdi qaydada, kompüter vasitəsilə keçirilib.

 

Azərbaycan Nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin Rəhbərliyinə Seçilib

2021-11-25

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, o cümlədən Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının (ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında) icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) işində yaxından iştirak edilir.

 

 

Ədliyyə İşçiləri Peşə Bayramlarını Qeyd Ediblər

2021-11-23

 Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

 

Ədliyyə Orqanlarına Qulluğa Qəbulla Bağlı Növbəti Test Imtahanı Noyabr Ayının 26-Da Keçiriləcək

2021-11-23

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən nazirliyin icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə noyabr ayının 26-da keçiriləcəkdir.