Xəbərlər

“Dövlətimizin Humanist Siyasətinin Növbəti Təzahürü” Mövzusunda KİV Nümayəndələrinin İştirakı İlə Dəyirmi Masa Keçirilib

2021-11-12

Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktına həsr olunan tədbirdə nazirliyin, Penitensiar və Probasiya xidmətlərinin əməkdaşları, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri iştirak ediblər. 

 

Zəfər Günü Ədliyyə Nazirliyində Geniş Qeyd Olunub

2021-11-05

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasının bir ili tamam olur. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü təsis edilib. Zəfər Günü Ədliyyə Nazirliyində və struktur qurumlarda təntənə ilə geniş qeyd olunub

 

 

“Vəkillərin “Elektron Məhkəmə” İnformasiya Sistemindən Səmərəli Istifadəsi” Mövzusunda Videokonfrans Keçirilib

2021-11-02

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə rəqəmsal innovasiyalar geniş tətbiq olunur, məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yüksək texnoloji (hi-tech) məhkəmələr yaradılır.

 

"Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi" İşçi Qrupunun Növbəti İclası Keçirilib

2021-10-28

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun oktyabrın 28-də videokonfrans formatında növbəti iclası keçirilib. Tədbirə Ədliyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin,

 

Yerli Özünüidarəetmə Sahəsində Beynəlxalq Əməkdaşlığa Dair Tədbirlər Davam Etdirilir

2021-10-28

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqətdə saxlanılaraq Türkiyə Respublikasının Ankara şəhərinin Keçiörən bələdiyyəsi ilə videokonfrans formatında görüş keçirilib. Bələdiyyələrlə iş mərkəzinin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 40-a yaxın bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən konfransın...