Xəbərlər

"Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi" İşçi Qrupunun Növbəti İclası Keçirilib

2021-10-20

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun oktyabrın 18-də videokonfrans formatında növbəti iclası keçirilib. Tədbirə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının, Mərkəzi Bankın, Dövlət İmtahan, İqtisadi İslahatların Təhlili və Kommunikasiya, Elektron Hökumətin İnkişafı mərkəzlərinin nümayəndələri qatılıblar. 

 

Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi” İşçi Qrupunun İclası Barədə Məlumat

2021-10-18

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir

 

Dövlət Müstəqilliyimizin Bərpasının Otuzuncu İldönümü İlə Bağlı Ədliyyə Nazirliyinin Kollegiya İclası Keçirilib

2021-10-15

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpasından otuz il ötür. Xalqımız builki bayramı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə sevinci ilə, Qalib Xalq kimi qeyd edir. Oktyabrın 15-də dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən "Müstəqillik Günü haqqında"...

 

Ankara Şəhərində Türkdilli Dövlətlərin Ədliyyə Akademiyaları Birliyinin Yaradılması Məsələsi Müzakirə Olunmuşdur

2021-10-08

Cari ilin 4-8 oktyabr tarixlərində Türkiyə Ədliyyə Akademiyası tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin ədalət mühakiməsi təhsili sahəsində təlim-tədris müəssisələri arasında əməkdaşlığı və COVİD-19 pandemiyasına qarşı mübarizədə hüquq sistemini inkişaf etdirmək məqsədilə birinci iclas təşkil olunmuşdur. Tədbir Türkiyənin Ankara şəhərində, Hakimlər Evində baş tutmuşdur

 

"Qadınların ədalət mühakiməsinə çıxışı: İstanbul Konvensiyasının tam təsdiqinə və tətbiqinə yaxınlaşma" mövzusunda Beynəlxalq tədbir keçirilmişdir

2021-10-08

 Avropa Şurası Ədliyyə Akademiyası ilə birgə hakimlər, prokurorlar və ədliyyə işçiləri üçün 7-8 oktyabr tarixində “Qadınların ədalət mühakiməsinə çıxışı: İstanbul Konvensiyasının tam ratifikasiyasına və tətbiqinə yaxınlaşmaq, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” mövzusunda onlayn formada II Beynəlxalq Konfrans keçirmişdir.