Xəbərlər

Gənc Hüquqşünaslar Ədliyyə Orqanlarına Qulluğa Qəbul Olunub

2021-10-07

Ölkə Prezidenti cənab İlham Əliyevin yeni çağırışlara uyğun həyata keçirdiyi hərtərəfli, o cümlədən struktur və kadr islahatları çərçivəsində savadlı, müasir dünyagörüşlü gənclər dövlət idarəçiliyinə irəli çəkilir, onların ictimai-siyasi həyatda fəallığı, təşəbbüskarlığı artır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi daha da möhkəmlənir. 

 

Ölkəmizin Beynəlxalq Hüquqi Sahədə Əlaqələri Genişlənir

2021-10-06

Xəbər verdiyimiz kimi, respublikamızın ədliyyə naziri Fikrət Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa ədliyyə nazirlərinin konfransında iştirak edib, ölkəmizdə məhkəmə-hüquq sistemində tətbiq olunan innovasiyalar barədə çıxış edib, bu sahədə müsbət təcrübəmizlə bölüşüb. Səfər çərçivəsində həmçinin, konfransda iştirak edən Macarıstan və Türkiyə ədliyyə nazirləri, Estoniyanın nümayəndə heyətinin rəhbəri ilə ikitərəfli görüşlər keçirilib. 

 

Avropa Ədliyyə Nazirlərinin Konfransı Keçirilib

2021-10-05

Oktyabrın 4-5-də Macarıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Budapeştdə "Rəqəmsal texnologiyalar və süni intellekt – Avropada ədalət mühakiməsi üçün yeni çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov təmsil edib.

 

Yerli Özünüidarəetmə Sahəsində Beynəlxalq Əməkdaşlıq Davam Etdirilir

2021-10-05

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması daim diqqətdə saxlanılaraq Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər, seminarlar, maarifləndirici tədbirlər keçirilir. Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə oktyabr 1-də Türkiyə Respublikasının Yozqat bələdiyyəsinin nümayəndələri ilə videokonfrans keçirilib.

 

Ali Məhkəmənin Və Ədliyyə Nazirliyinin Birgə Məlumatı

2021-09-30

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, o cümlədən beynəlxalq təcrübə nəzərə alınaraq dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.