Xəbərlər

MEDİATOR OLMAQ İSTƏYƏN ŞƏXSLƏRIN NƏZƏRİNƏ!

2021-09-14

 Ədliyyə Akademiyası mediatorların ilkin hazırlıq kursunda iştirak etmək arzusunda olanların müraciətlərinin qəbulunu davam etdirir.

 

Mobil Notariat Xidmətləri Xarici Ölkələrdə Böyük Maraq Doğurur

2021-09-12

Notariat sahəsində innovasiyaların tətbiqi fonunda elektron notariat xidmətləri üzrə Azərbaycan təcrübəsi xarici dövlətlərin notariat icmasında daim maraq doğurur. Müasir xidmətlərin təşviqi çərçivəsində Azərbaycan Notariat Palatası ilə Ədliyyə Nazirliyinin nümayəndələrindən ibarət heyətin Türkiyə və Özbəkistan respublikalarına işgüzar səfərləri olmuşdur.

 

Sumqayıt Məhkəmə Kompleksi 1 Milyon 460 Min Əhaliyə Rahat Və Əlçatan, Keyfiyyətli Məhkəmə Xidmətləri Göstərəcək

2021-09-07

Sumqayıt, 7 sentyabr, AZƏRTAC. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

 

Prezident İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin Açılışını Edib

2021-09-03

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir.

 

Ədliyyə Naziri Tərəfindən Vətəndaşların Videoqəbulu Keçirilib

2021-08-31

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və hərbçilərin qayğılarına həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, onlarına müraciətlərinə pandemiya şəraiti ilə əlaqədar elektron qaydada baxılması təmin edilir, videoqəbulların keçirilməsi davam etdirilir.