Xəbərlər

Ədliyyə Nazirliyi Qanunvericiliyin Təkmilləşdirilməsi İşində Fəal İştirak Edir

2021-08-27

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Bununla əlaqədar qəbul olunan qanunlar, dövlət proqramları və milli fəaliyyət planları, uzunmüddətli strategiyalar ölkə həyatının bütün sahələrini əhatə edir. Qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edən Ədliyyə Nazirliyi qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş hüquqi aktlara uyğunlaşdırılması işini, qanunvericilik aktlarının hüquqi ekspertizasını həyata keçirir, hüquqi rəylər verir, yeni qanun layihələri hazırlayır, hüquqi aktların dövlət reyestrini aparır. 

 

“Ədliyyə Xidmətləri: Qeydiyyat Və Notariat Orqanlarının Fəaliyyəti” Mövzusunda Onlayn Brifinq Keçirilib

2021-08-11

Bakı, 11 avqust, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən onlardan məsafədən yararlanması imkanlarının genişləndirilməsi, bu məqsədlə innovativ həllərin tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir. 

 

Məhkəmə Ekspertizası Mərkəzinin Fəaliyyəti Dövlət Başçısının Tapşırığına Uyğun Təkmilləşir

2021-08-05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir. 

 

Bələdiyyələrin Fəaliyyətinin Səmərəliliyinin Artırılması Üzrə Tədbirlər Davam Etdirilir

2021-08-03

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə qanunçuluğa əməl olunması məqsədilə səmərəli inzibati nəzarət həyata keçirilir, bələdiyyələrin işinin müasir çağırışlara uyğun təşkilinə kömək və metodoloji yardım göstərilir. Nazirliyin Bələdiyyələrlə iş mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. 

 

 

Məhkəmə Qərarlarının İcrası Üzrə Təsirli Tədbirlər Görülür

2021-08-02

Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan və icrası məcburi xarakter daşıyan məhkəmə qərarlarının və digər orqanların aktlarının sayı ilbəil artmaqdadır. Təkcə bu ilin altı ayı ərzində ölkə üzrə icra ediləcək işlərin sayı 19 faiz çoxalaraq 850 mini ötüb. Həmin sənədlərin icrasının ölkə əhalisinin böyük bir hissəsini əhatə etməsi onların icrasının əhəmiyyətini xeyli artırır. İcra fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən icra xidmətinin strukturu təkmilləşdirilib və maddi-texniki bazası möhkəmləndirilib.