Xəbərlər

Ölkə Prezidentinin Hücum Diplomatiyası İlə Bağlı Tapşırıqları Ədliyyə Orqanlarının Diqqət Mərkəzindədir

2021-07-31

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi sayəsində Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır, münaqişə həll olunaraq bölgədə yeni reallıqlar yaranıb. Dövlət başçısının rəhbərliyi ilə Qarabağ regionunda nəhəng quruculuq işləri aparılır. Eyni zamanda, Azərbaycan həqiqətləri, düşmənin torpaqlarımızda törətdiyi müharibə, insanlıq əleyhinə və digər cinayətləri dünya ictimaiyyətinin geniş diqqətinə çatdırılır, bu prosesdə həmçinin, vətəndaş cəmiyyəti institutları yaxından iştirak edirlər. 

 

Penitensiar Xidmətin Baş İdarəsində Əməliyyat Müşavirəsi Keçirilmişdir

2021-07-29

27.07.2021-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak etmişlər. Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat vermişdir.

 

 

Azadlıqdan Məhrumetməyə Alternativ Cəzaların İcrası Diqqət Mərkəzindədir

2021-07-28

Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Eldar Nuriyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini vurğulayıb, məhkəmə-hüquq islahatlarının, cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyini qeyd edib. 

 

Rəqəmsal İnnovasiyaların Tətbiqi Vətəndaşların Ədliyyə Sisteminə Əlçatanlığını Asanlaşdırır

2021-07-27

Ölkə Prezidenti cənab İlham Əliyevin rəqəmsal cəmiyyətin inkişafı, müasir İKT-dən istifadə etməklə əhaliyə elektron xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinə xüsusi önəm verilir, müxtəlif reyestrlər, elektron informasiya resursları aparılır, ədliyyə xidmətlərinin keyfiyyəti daim təkmilləşdirilərək dairəsi genişləndirilir. Ədliyyə nazirinin müavini Eldar Nuriyevin sədrliyi ilə keçirilən müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, müasir texnoloji yeniliklərin tətbiqinin vətəndaşların ədliyyə sisteminə əlçatanlığının asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına xidmət etdiyi bildirilib.

 

Ədliyyə Nazirliyi Narkomaniya İlə Mübarizə Tədbirlərinə Dair Ictimai Müzakirə Keçirib

2021-07-26

Bakı, 26 iyul, AZƏRTACİyulun 26-da Ədliyyə Nazirliyi tərəfindən “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizə tədbirləri” mövzusunda onlayn ictimai müzakirə təşkil olunub. AZƏRTAC xəbər verir ki, nazirliyin feysbukdakı səhifəsində canlı yayımlanan tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elvin Aslanov, bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, psixoloji ekspertiza şöbəsinin eksperti Nilufər İsmayılova və Tibb baş idarəsinin inspektoru – narkologiya üzrə həkim Fərman Fərmanov iştirak ediblər. Tədbirdə son dövrlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizə tədbirlərindən danışılıb.